Əlavə xərclərdən xilas olmağın 8 effektiv yolu

Şəxsi maliyyələşmənin çətinliklərindən biri pulumuzu istifadə edərkən daha sərfəli yolu tapmaqdır. Xüsusilə bu dövrün insanları üçün kiçik büdcəyə qənaət etmək elə də asan deyil.  Bunun üçün etməli olduğumuz, hər bir sahədə xərcləri  müəyyən qədər azaltmaqdır. Başlanğıcda bir az çətin görünə bilər, ancaq mümkünsüz deyil.

BBN.az olaraq əlavə xərclərdən xilas olmağın 8 effektiv yolunu təqdim edirik.

1.Əlavə gəlirləri yığıma yönəldin . Məsələn köhnə gödəkçə cibində və ya avtomobilinizi təmizləyərkən 20 dollar tapmısınız. Nağd pul qoymaq və potensial olaraq ikinci dəfə itirməmək əvəzinə, onu avtomatik olaraq əmanət hesabınıza yatırmaq büdcəniz üçün daha faydalı ola bilər.

2.Yeməkləri evdə hazırlayın.

Ağır iş günü sonrası yemək hazırlamaq üçün enerji tapmaq sizə çətin görünür. Ancaq həftədə ən az 2 dərfə evdə yemək hazırlamaq vərdişini qazanmağa çalışsanız bunu asanlıqla həyata keçirə biləcəksiniz. Əgər həftəiçi yemək hazırlamaq real deyilsə, bazar günü həftəlik yeməyinizi hazırlamaq üçün vaxt ayıra bilərsiniz.  Beləliklə, siz işdən yorğun gəldikdə hazır yemək tapacaqsınız.

3.Dükana getməzdən əvvəl alınacaqlar siyahısı hazırlayın.

Dükana alınacaqlar siyahısı olmadan və ya qarnıac girdikdə lazım olduğundan daha çox ərzaq alacaqsınız. Bu isə büdcənizi artırmağa maneə yaradacaq.

Belə ki, ən yaxşısı həftəlik ərzaq ehtiyacını müəyyənləşdirib siyahı hazırlmaq və daha sonra dükana getməkdir.

4. Özünüzə alış-veriş məhdudiyyəti qoyun.

Məsələn ticarət mərkəzində gözəl və bahalı palto bəyənmisiniz. Onu almaq əvəzinə bir-iki gün gözləyin. Hələ də o paltonu almaq istəyirsiniz? Daha sonra hərəkətə keçin. Bəlkə endirim əldə etdiniz?

5.Qarderobunuzu təmizləyin və əlinizdən gələn hər şeyi satın.

Artıq istifadə etmədiyiniz və qarderobunuzda yer tutan əşyalar sizə əlavə qazandıra bilər. Onları satmaqla həm evinizi təmizləmiş olacaqsınız  həm də pul qazanacaqsınız.

6. Ödənişli klublara üzv olmağı və əlavə əyləncələrə pul xərcləməyi azaldın.

Avtomatik olaraq təkrarlanan aylıq ödənişlərinizi unuda bilərsiniz. Əgər hər zaman olduğunuz, lakin heç vaxt istifadə etmədiyiniz bir idman zalı üzvlüyünüz varsa, onu ləğv etmək yaxşı variant ola bilər.

7. Evdə hazırlana biləcək ehtiyaclara pul xərcləməyin.

Bu punkt daha çox xanımlara aiddir. Xanımların əksəriyyəti dəri qulluğu üçün maskalardan istifadə edir və buna kifayət qədər vəsait ödəyirlər. Ancaq evdə olan təbii ləvazimatlarla da maska hazırlamaq mümkündür. Maska hazırlamaq üçün müxtəlif saytlarda reseptlər (yalnız həkim məsləhəti ilə istifadəni tövsiyə edirik) tapa bilərsiniz. Bundan savayı digər ehtiyaclarınızı da evdə olan ləvazimatlarla təmin edə biləcəksinizsə əlavə xərc çəkməyin lazımsızdır.Beləliklə siz büdcənizə kifayət qədər qənaət edəcəksiniz.

8. Büdcənizə nəzarət edin.

Büdcənizə daima nəzarət edin. Gündəlik xərcləri, gəlirləri hesablamaq və büdcənizdə nə qədər vəsaitin olduğunu bilmək həmişə faydalıdır. Bunun üçün MintQuicken, and Wela kimi tətbiqlər işinizə yaraya bilər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır