Əmlak Məsələləri Dövlət Komitəsinin sədri cənab Kərəm Həsənov 26 may 2017-ci il tarixdə Balakən rayonunda vətəndaş qəbulu keçirəcək. Qəbul saat 11:00-da Balakən Rayon Mədəniyyət Evində keçiriləcək.
Komitə sədri qəbul zamanı komitənin fəaliyyət istiqaməti üzrə, o cümlədən daşınmaz əmlakın qeydiyyatı sahəsinə aid olan müraciətlər, dövlət əmlakının özəlləşdirilməsi, hərraclarda iştirak, icarə əsasında istifadə edilən dövlət obyekti və ya torpaq sahəsinin özəlləşdirilməsi, torpaqların təyinatının qanunsuz dəyişdirilməsi, təyinatına zidd istifadəsi, torpaqların texniki parametrlərinin və koordinatlarının müəyyənləşdirilməsi, ünvan məsələləri və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı vətəndaşları qəbul edəcək.
Qeyd edək ki, qəbulda Balakən ilə yanaşı Zaqatala rayonundan olan vətəndaşların müraciətlərinə və yalnız komitənin fəaliyyət sahələrinə aid olan müraciətlərə baxılacaq.