Əmlak Məsələləri Dövlət Komitəsində 2018-ci ilin yekunlarına həsr edilmiş müşavirə keçirilib

Əmlak Məsələləri Dövlət Komitəsində 2018-ci il ərzində görülmüş işlər və qarşıda duran vəzifələrə dair geniş müşavirə keçirilib.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan məqsədyönlü siyasətdən, uğurlu iqtisadi islahatlardan danışan Komitə sədri Kərəm Həsənov bildirib ki, 2018-ci ildə dövlət idarəçiliyində müasir prinsiplərin tətbiqi, innovativ həllərin reallaşdırılması, elektron xidmətlərin inkişafı istiqamətdə mühüm tədbirlər həyata keçirilib və bu işlər müsbət dinamika ilə davam etdirilməkdədir.  Ölkə rəhbərinin müəyyən etdiyi sosial-iqtisadi inkişaf konsepsiyasına uyğun olaraq Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən fəaliyyət istiqamətlərində modern yanaşmaların tətbiqi, şəffaflığın artırılması, vətəndaş məmnunluğun yüksəldilməsi, xidmətlərin da geniş şəkildə elektron müstəviyə keçirilməsi ilə bağlı ötən il ərzində 7 əsas hədəf müəyyən edilib.Bu hədəflərin reallaşdırılması istiqamətində bir sıra tədbirlər görülüb.

Komitə sədri 2019-cu ilin yeni hədəflərini açıqlayıb. Bunlar aşağıdakılardır:

  1. “Dövlət əmlakını qorumaq, hər birimizin vətəndaşlıq borcudur. Bunu cəmiyyətə aşılamaq”.
  2. Özəlləşdirmədə yeni yanaşmalar, şəffaflıq və iqtisadi səmərə olmalıdır.
  3. Əmlak Xidmətləri Məkanının təcrübəsi regionlarda da tətbiq edilməlidir.
  4. Əmlak qeydiyyatında əsas vəzifə – xidmətlərdə əlçatanlıq və vətəndaş məmnunluğunun daha da artırılması, kağız çıxarışdan tam elektron çıxarışa keçmək.
  5. Torpaqların elektron kadastr uçotunun verdiyi nəticələr vətəndaşlara da çatdırılmalıdır.
  6. Torpaqlardan səmərəli istifadədə – Peyk Nəzarət Sisteminin imkanlarının geniş tətbiqi və digər qurumlarla inteqrasiya;
  7. Milli Məkan Məlumatları İnfrastrukturunun yaradılması və inteqrasiyası.
  8. Müasir düşüncə – gələcəyə addım. Kadr potensialının inkişafı və çevik idarəçilik.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır