Əsas kapitala yönəldilmiş vəsaitin həcmi azalıb

2017-ci ilin yanvar-iyul aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 8728,8 milyon manat və ya əvvəlki ilin yanvar-iyul ayları ilə müqayisədə 0,3 % az vəsait yönəldilib.

Vəsaitin 5395 milyon manatı neft sektoruna, 3333,8 milyon manatı isə qeyri-neft sektoruna yönəldilib, ümumi sərmayənin 72,5 %-i bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilib. İstifadə olunmuş vəsaitin 79,2 %-i məhsul istehsalı obyektlərinin, 15,6 %-i xidmət sahələri üzrə obyektlərin, 5,2 %-i isə ümumi sahəsi 973,7 min kvadrat metr olan yaşayış evlərinin tikintisinin payına düşür. Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsait ümumi sərmayənin 39,5 %-ni təşkil edib.

Əsas kapitala yönəldilmiş sərmayənin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 71,6 %, bank kreditləri 10,6 %, büdcə vəsaitləri 11,5 %, əhalinin şəxsi vəsaitləri 4,4 %, büdcədənkənar fondların vəsaitləri 1,4 %, sair vəsaitlər isə 0,5 % təşkil edib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır