2017-ci ilin oktyabr ayı ərzində Vergilər Nazirliyinin Çağrı Mərkəzinin əməkdaşları tərəfindən canlı əlaqə zamanı daxil olan 25 219 zəng cavablandırılıb. Vergi ödəyicilərinin məlumatlandırılması məqsədilə onlara 141 883 SMS göndərilib.
Oktyabr ayı ərzində Vergilər Nazirliyinin rəsmi internet səhifəsinə 436 505 daxilolma qeydə alınıb.
Vergi ödəyicilərinə xidmət strukturlarında 38 558 vətəndaş qəbul edilərək onlara 55 354 sayda xidmət göstərilib. 2017-ci ilin 1 noyabr tarixinə vergi ödəyicilərinə ümumilikdə 384 246 sayda ASAN İmza sertifikatı verilib.
2017-ci ilin oktyabr ayı ərzində 8 112 vergi ödəyicisi (1 127 hüquqi şəxs, 6 985 fiziki şəxs) qeydiyyatdan keçib.