2019-cu ilin mart ayı üzrə bank sektorunun icmal göstəriciləri açıqlanıb

31 mart 2019-cu il tarixinə Azərbaycanda fəaliyyət göstərən bankların cəmi aktivləri 29,846.9 mln. manat, cəmi öhdəlikləri isə 25,533.2 mln. manat təşkil edib. Sektorun balans kapitalı 4,313.7 mln. manat olub.

Aktivlər

Mart ayına sektorun aktivlərinin 42.6%-ni kredit portfeli təşkil edir. Ay ərzində kredit portfeli 0.7% (84.5 mln. manat) artaraq 12,714.4 mln. manat təşkil edib. Kredit portfeli cari ilin ilk rübündə 0.7% (86.1 mln. manat) artıb. Artım milli valyutada kreditlər üzrə olub. Belə ki, ay ərzində milli valyutada kreditlər 1.2% (93.2 mln. manat), rüb ərzində isə 2.7% (211.2 mln. manat) artaraq 7,983 mln. manata çatıb.

Öhdəliklər

2019-cu ilin mart ayında fiziki şəxslərin əmanətləri 8,253.5 mln. manat təşkil edib. Mart ayında əmanətlər 1.7% (135 mln. manat) artıb. Ay ərzində fiziki şəxslərin depozit portfelinin artımı müddətli əmanətlər hesabına olub. Mart ayı ərzində fiziki şəxslərin müddətli əmanətləri 2.5% (135.8 mln. manat) artaraq 5,465.8 mln. manat təşkil edib.

Hüquqi şəxslərin depoziti cari ilin ilk rübündə 0.1% (7 mln. manat) artaraq 10,318.5 mln. manata çatıb. Artım müddətli depozitlər hesabınadır. Belə ki, dövr ərzində hüquqi şəxslərin müddətli depozitləri  19.2% (278.1 mln. manat) artıb.

Balans kapitalı

Sektorun balans kapitalı mart ayı ərzində 1.7% (70.9 mln. manat) artaraq 4,313.7 mln. manata çatıb. Bu göstərici cari ilin ilk rübündə 5.9% (241.9 mln. manat) artıb.

Mənfəət və zərər

Mart ayında bankların əməliyyat mənfəəti 179.1 mln. manat, xalis mənfəəti isə 123.9 mln. manat təşkil edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə faiz gəlirləri 12.9%, kreditlər üzrə faiz gəlirləri isə 19.5% artıb.

Ümumi məlumatlar

Fəaliyyət göstərən 30 bankın filiallarının sayı 512, şöbələrinin sayı 129, ATM-lərin sayı     2,535 olub. Bank  sektorunun  işçi  heyətinin sayında artım mart ayında da davam edib. Belə ki, 2019-cu ilin mart ayında işçi sayı 0.4% (66 nəfər) artaraq 17,749  nəfər təşkil edib.

31 mart 2019-cu il tarixinə bank sektorunun əsas göstəriciləri bank sektorunun icmal göstəricilərində öz əksini tapıb.  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır