2019-cu ilin yanvar ayı ərzində qeyri-neft sektoru üzrə ixrac 12 faiz artıb

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2019-ci ilin fevral sayı təqdim olunub. İcmalın bu sayında  göstərilir ki, 2019-cu ilin yanvar ayı ərzində Azərbaycan Respublikasının ixracı 1,3 milyard ABŞ dolları təşkil edib. Bu müddətdə qeyri-neft sektoru üzrə ixrac isə 138 milyon ABŞ dolları olub. 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 2019-cu ilin yanvar ayı ərzində qeyri-neft sektoru üzrə ixrac 15 milyon ABŞ dolları və ya 12 faiz  artıb. Cari ilin yanvar ayı ərzində Rusiyaya 46,3 milyon, Türkiyəyə 25,2  milyon, Gürcüstana 13,6 milyon, İsveçrəyə 9,8 milyon və İrana 6,9  milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.

Daha ətraflı məlumat üçün keçidə daxil ola bilərsiniz.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır