31 illlik PR şirkəti ani bir qərarla bağlanıb

İctimaiyyətlə əlaqələr sektorunun köklü qurumlarından olan “Image” İctimaiyyətlə Əlaqələr və Strateji Tanıtım şirkəti bağlanma qərarı alıb.

BBN.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, şirkətin bağlanmasına ictimaiyyətlə əlaqələr sektorunda yaşanan maliyyə çətinliklərinin səbəb olduğu bildirilib.

22 işçisi olan PR şirkəti 3 aydır işçilərin əməkhaqqını ödəyə bilməyib. Şirkıtin bağlanma qərarından sonra işçilərin maaşları və təzminatları ödənməyib.

Qeyd edək ki,  1987-ci ildən bu yana fəaliyyət göstərən “Image” İctimaiyyətlə Əlaqələr şirkəti “İmaj” Əlaqə Qrupunun üzvü olub. Şirkət Betül Mardin və Canan Noyan tərəfindən qurulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır