Şəkidə sahibkarlara 28,6 milyon manat güzəştli kredit verilib

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu sahibkarların maarifləndirilməsi, sahibkarlığın inkişafına maliyyə dəstəyinin göstərilməsi tədbirlərini davam etdirir.

Bu məqsədlə növbəti işgüzar forum iyunun 1-də Şəki rayonunda keçirilib.
Forum çərçivəsində rayonun iqtisadi potensialının reallaşdırılması istiqamətində sahibkarlarla müzakirələr aparılıb.

Tədbirdə İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktorunun müavini Arif Vəliməmmədov Fondun özəl bölmənin inkişafı, xüsusən də regionlarda sahibkarlıq fəaliyyətinin genişləndirilməsi istiqamətində həyata keçirdiyi tədbirlər barədə məlumat verib. Bildirilib ki, ümumilikdə, bugünkü tədbirdə verilən kreditlər də daxil olmaqla Şəki-Zaqatala iqtisadi rayonunda fəaliyyət göstərən 2141 investisiya layihəsinin maliyyələşdirilməsinə 98,7 milyon manat güzəştli kredit verilib.

Qeyd edək ki, indiyədək Şəki rayonundan olan 474 sahibkara 28,6 milyon manat güzəştli kredit verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır