Pərakəndə ticarət dövriyyəsi haqqında məlumat açıqlanıb

2018-ci ilin yanvar-noyabr aylarında pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki ilin eyni dövrünün səviyyəsini müqayisəli qiymətlərlə 2,7 faiz üstələyərək 32,4 milyard manata bərabər olub.

Ticarət dövriyyəsinin 16272,7 milyon manatını ərzaq məhsulları, içkilər və tütün məmulatları, 16164,1 milyon manatını qeyri-ərzaq məhsulları təşkil etmiş və satılmış məhsulların dəyəri 2017-ci ilin yanvar-noyabr aylarının göstəricilərini real ifadədə müvafiq olaraq 2,2 faiz və 3,3 faiz üstələyib.

2018-ci ilin yanvar-noyabr aylarında istehlak məhsullarının dəyər ifadəsində 16,9 faizi ticarət müəssisələri, 51,3 faizi fərdi sahibkarlar tərəfindən, 31,8 faizi isə bazar və yarmarkalarda satılıb. 2017-ci ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 37,3 faiz artmış, fərdi sahibkarlar üzrə 1,0 faiz, bazar və yarmarkalarda 4,2 faiz azalıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır