Yaponiyanın nəhəng maliyyə qurumlarından olan Mizuho Financial Group, ödəniş və transfer funksiyalarını özündə daşıyan J Coin adlı milli rəqamsal valyutasnı 2019-cu ilin mart ayında istifadəyə verməyi planlaşdırır.
Ölkənin 60 bankın dəstəyini alan Mizuho Bank, sözügedən valyutanın izlənməsini daha da rahatlaşdıran bir sistem tətbiq edib.
Eləcə də, J Coin-lə həyata keçiriləcək ödənişlərin kartlı ödənişlərdən daha az əməliyyat xərci olacağı bildirilib.
Rəqəmsal valyuta ilə əməliyyatlar bir mobil tətbiqetmə üzərdindən aparılacaq və 1 J Coin-in nominal dəyəri 1 yapon yeninə bərabər olacaq.