Dünya Bankı 2019-cu ildə Azərbaycanda ÜDM-in artımını 3,6% səviyyəsində proqnozlaşdırır

Dünya Bankının (DB) rəsmi internet səhifəsində yanvar ayında dərc olunan “Global Economic Prospects” icmalına əsasən, 2019-cu ildə Azərbaycanda ÜDM-in artımını 3,6% səviyyəsində proqnozlaşdırılır. Bu göstəricinin 2020-ci il üçün artım ehtimalı 3,3% təşkil edəcək.

Xatırladaq ki, Dünya Bankının iyunda dərc etdiyi “Global Economic Prospects” icmalında 2019-cu ildə Azərbaycanda ÜDM-in artımını 3,8%, 2020-ci il üçün artım ehtimalı 3,2% təşkil edirdi.

DB 2021-ci ildə Aərbaycanda iqtisadi artımı 2,7% səviyyəsində proqnozlaşdırır.

“2018-ci ildə maliyyə sektorunda sabitləşməsi və neftin qiymətlərinin yüksək olması Azərbaycan iqtisadiyyatının artımının aşağı templə bərpasına səbəb oldu. Azərbaycan öz iqtisadiyyatını dəstəkləmək üçün fiskal tədbirlərə güvənməyə davam edir” – icmalda qeyd olunur.

Global Economic Prospects_January 2019

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır