Birləşmiş Millətlər Qida və Təsərrüfat Təşkilatı (FAO) tərəfindən tərtib edilən hesabata əsasən, beynəlxalq bazarda taxıl, bitki yağı, süd məhsulları, ət və şəkərin qiymətləri ilə ölçülən Ərzaq Qiymət İndeksi 2018-ci ildə əvvəlki ilə nisbətdə 3.5% azalaraq 168.4 bal səviyyəsində qərarlaşıb.
Digər tərəfdən, Ərzaq Qiymət İndeksi 2018-ci ilin dekabr ayında ötən aya nisbətdə dəyişməyərək 161.7 bal qalıb.
Hesabata istinadən, 2017-ci ilə nisbətdə ən çox qiymət artımı taxıl məhsullarında, ən çox qiymət azalması isə şəkərdə müşahidə olunub.