Çin-ABŞ ticarət danışıqlarının müsbət inkişafı nəticəsində dünya birjalarında səhmlərin qiymətləri yüksəlir

2019-cu ilin ikinci həftəsində, ABŞ və Çin arasında gedən ticarət danışıqlarının müsbətə doğru inkişafı nəticəsində dünya birjalarında səhmlərin qiymətləri artıb. Belə ki, ABŞ və Çin tərəfləri mart ayında yekun qərar vermək üçün müvəqqəti durğunluq dövrünə razılaşıblar.
Belə ki, “Amazon” və “Netflix” kimi bir çox texnologiya şirkətinin səhmlərinin yüksəlməsi ilə “Nasdaq Composite” indeksi 1.3%, “The S&P” indeksi isə 0.7% artıb.
Məlumat üçün qeyd edək ki, “Amazon” səhm qiymətlərindəki 3.4% faizlik artımdan sonra “Microsoft” (787 milyard dollar) şirkətini qabaqlayaraq 797 milyard dollar kapitalizasiya ilə dünyanın ən bahalı şirkəti olub.

NYTİMES

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır