Venesuelada son dövrdə cərəyan edən hadisələrə və ümumi maliyyə bazarında baş verən mübətyönlü dəyişikliklərə baxmayaraq, neft qiymətlərinin artımı müşahidə olunmur.
Neft İxrac Edən Ölkələr Birliyi (OPEC) bu səbəbdən, neft qiymətlərini balanslaşdırmaq məqsədilə, əsas neft ixracatçıları olan Rusiya və Səudiyyə Ərəbistanı ilə razılaşma əldə etməyə çalışır. Bu yöndə aprel ayında keçiriləcək görüşdə Rusiya ilə tərəfdaşlıq imzalanması gözlənilir.
Rusiya və bir çox digər neft ixrac edən ölkələr OPEC ilə razılaşaraq neft hasilatına limitlər tətbiq ediblər.