ABŞ-ın 630-a yaxın şirkəti ölkənin prezidenti Trampa müraciət edib.
Nike, Ebay, The North Face, Starbucks, Johnson&Johnson və Unilever kimi məşhur şirkətlər tərəfindən daxil oan müraciət karbon səviyyəsinin azaldılması və enerji məhsuldarlığının artırılması siyasətinin tətbiq olunması ilə bağlıdır. Bu haqda www.lowcarbonusa.org saytında şirkətlərin birgə müraciətində qeyd olunub. Müraciət nəzərdən keçirilər və bununla bağlı tədbirlər görülərsə ABŞ iqtisadiyyatının daha güclü və rəqabətqabiliyyətli hala gələcəyi vurğulanıb.
Qeyd edək ki, sözügedən şirkətlər ümumilikdə 2 milyon nəfəri işlə təmin edir və gəlirlərinin ümumi məbləği 1 trilyon dollardan yüksəkdir.