17 dövlət əmlakı özəlləşdirilib

Əmlak Məsələləri Dövlət Komitəsi 6 iyunda dövlət əmlakının özəlləşdirilməsi üzrə növbəti hərracını keçirib. Bu dəfəki hərracda 7 kiçik dövlət müəssisəsi, 6 qeyri-yaşayış sahəsi və 4 nəqliyyat vasitəsi özəlləşdirilib. Özəlləşdirilən kiçik dövlət müəssisəsinin 4-ü Bakıda, 3-ü regionda yerləşir.

Paytaxt üzrə özəlləşdirilən 4 kiçik dövlət müəssisəsi müvafiq olaraq Qaradağda, Nəsimidə, Binəqədidə və  Nərimanovda yerləşir.

Hərraca çıxarılan bir sıra əmlaklar torpaq sahəsi ilə birgə özəlləşdirilib. Belə obyektlərə Bakının Qaradağ rayonunda yerləşən “Metal və ərzaq anbarı”ı, İmişli rayonunda yerləşən 2 saylı yanacaq doldurma məntəqəsi aiddir. Qeyd edilməlidir ki, “Metal və ərzaq anbarı”ının torpaq sahəsi 14451,8 kv.m-dir. 2 saylı yanacaq doldurma məntəqəsinin isə torpaq sahəsi 27,5 kv.m-dir.

Qeyd edək ki, hərracda özəlləşdirilən qeyri-yaşayış sahələrinin 5-i paytaxtda, 1-i isə regionda yerləşir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır