Cari ilin yanvar-iyun aylarında vətəndaş müraciətlərinə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin həyata keçirdiyi tədbirlər nəticəsində 70 828 manat məbləğində gecikdirilmiş sosial xarakterli ödənişlərin işçilərə ödənilməsi təmin olunub.
Məbləğin 93,6 faizini əmək haqları, 4,8 faizini işəgötürənlər tərəfindən ödənilməli olan sosial müavinət və kompensasiyalar, qalan hissəsini isə zərərə görə ödənclər təşkil edib.
Qeyd edək ki, ayrı-ayrı vətəndaşların işdən qeyri-qanunu azad edilmələri barədə müraciətləri diqqətlə araşdırılıb və qanunvericiliyin tələblərinə zidd şəkildə işdən azad edildikləri müəyyən olunan şəxslərin əmək hüquqlarının müdafiəsi təmin edilərək onlar yenidən əvvəlki işlərinə bərpa etdirilib.