ABA-dan hakker hücümu açıqlaması – SWIFT

13 dekabr tarixində bəzi KİV-də SWIFT üzvü olan banklara hakker hücümu ilə əlaqədar xəbərdarlıq edilməsi xəbərləri yayılıb.

BBN.az xəbər verir ki,  Azərbaycan Banklar Assosiasiyası (ABA) məsələ ilə əlaqədar banklara sorğu ünvanlayıb. Sorğu əsasında məlum olub ki,  banklara SWIFT tərəfindən bu məsələ ilə əlaqədar xəbərdarlıq daxil olmayıb və gün ərzində hakker hücumu qeydə alınmayıb.

Eyni zamanda ABA-nın “İT üzrə” Ekspert Qrupunun üzvləri vurğulayırlar ki,  son 3-4 ay ərzində SWIFT tərəfindən global səviyyədə bütün üzvlərinə fırıldaqçılıq halları və mümkün ssenariləri ilə əlaqədar göndərilən xəbərdarlıqlar xeyli artıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır