ABA-ya məxsus “Hərrac Mərkəzi” dövlət qeydiyyatına alınıb

Azərbaycan Banklar Assosiasiyasına məxsus “Hərrac Mərkəzi” MMC dövlət qeydiyyatına alınıb. BBN.az Vergilər Nazirliyinə istinadən xəbər verir ki, şirkətin hüquqi ünvanı Bakı şəhəri, Səbail rayonu, Bünyad Sərdarov küçəsidir.

“Hərrac Mərkəzi”nin nizamnamə kapitalı 1 000 manat, qanuni təmsilçisi Elşad Şirinbəyovdur.

Qeyd edək ki, şirkətin logosu və rəsmi saytının yaradılması üzrə işlər gedir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır