ABB yeni kredit kampaniyasına başlayıb

Azərbaycan Beynəlxalq Bankı 23 Avqust – Xüsusi Dövlət Mühafizə Xidməti əməkdaşlarının peşə bayramı münasibətilə xüsusi kampaniyaya start verib. Bankın maaş kartına sahib Xidmət əməkdaşları kampaniya çərçivəsində nağd pul kreditini bankdan 2% endirimlə əldə edə bilərlər.

Kampaniyanın özəllikləri kreditin məbləğinin 15 000 manatadək; kredit müddətinin 36 ayadək; illik faiz dərəcəsinin 2% endirimlə, 25%-dən başlayaraq olmasıdır. Həmçinin, 3 000 manatadək zaminsiz kredit təklif olunur ki, bu kreditin rəsmiləşdirilməsi komissiyasız həyata keçirilir.

Müxtəlif ehtiyacların qarşılanması üçün nəzərdə tutulmuş bu krediti Azərbaycan Beynəlxalq Bankının bütün filiallarından almaq olar. Bunun üçün sadəcə şəxsiyyət vəsiqəsi ilə bankın filiallarına yaxınlaşmaq kifayətdir. Kredit rəsmiləşdirilən zaman müştəri Avtoödəmə sisteminə qoşulmaqla aylıq kredit borclarının ödənişini banka gəlmədən rahat bir şəkildə həyata keçirə bilər.

Qeyd edək ki, kampaniya 21 avqust – 31 avqust müddətində keçərlidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır