ABŞ-da kredit kartı borcu 8 ilin zirvəsinə çatıb

ABŞ-da əhalinin 2016-cı ilin ilk 3 rübü üçün kredit kartı üzrə borcu 2008-ci ildəki illik göstəriciyə yaxınlaşıb.

ABŞ-ın maliyyə müəssisəsi “Nerdwallet”in məlumatına əsasən, kredit kartı üzrə borc məbləği bu ilin ilk 9 ayında 16 min 61 dollara yaxınlaşaraq son 8 ilin ən yüksək həddinə çatıb.

Qeyd edək ki, 2008-ci ildə sözügedən borclar üzrə illik göstərici 16 min 912 dollar olmuşdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır