ABŞ-ın həftəlik xam neft ehtiyatları artıb

ABŞ-da həftəlik xam neft ehtiyatları 2,8 milyon barrel artıb.

Enerji İnformasiya İdarəsi ABŞ-da xam petrol stoklarının ötən həftə bir öncəki həftəyə nisbətən 2,8 milyon barrel və ya 0,6% artaraq 488,3 milyon barrelə çatdığını bildirib.

Bazar gözləntiləri  də ehtiyatların 2,8 milyon barrel artacağı yönündə idi. Bir həftə öncə isə artım 2,3 milyon barrel olmuşdu.

ABŞ-ın strateji neft ehtiyatları isə 695,1 milyon barreldə sabit qalıb. Bu dövr ərzində xam neft istehsalı isə ötən həftə ilə müqayisədə 17 min barrel artaraq 8,96 milyon barrelə çatıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır