ABŞ Enerji İnformasiya İdarəsi (EIA), bu ilin neft qiymətləri proqnozlarının artdığını açıqlayıb.
BBN.az Fortune Türkiye portalına istinadən xəbər verir ki, EIA-nın yanvar 2018 qısamüddətli hesabatında, cari ildə Brent tipli xam neftin orta beynəlxalq barrel qiymətinin təxminən 60 dollar olacağı proqnozu öz əksini tapıb.
Hesabatda qeyd olunub ki, ABŞ-ın Qərbi Texas (WTI) xam neftinin bu il orta hesabla təxminən 56 dollar olacağı gözlənilir.
Çərşənbə axşamı, dekabr ayının qısamüddətli enerji hesabatında, Brent tipli bir neftin bir barrelinin qiyməti 57 dollar olacaq və WTI tipi neftin qiyməti 53 dollar olacağı təxmin edilib.
Beləliklə, 2018-ci ildə hər iki neft növü üçün orta barrel qiyməti təxminən 3 dollar səviyyəsində artıb.
Hesabatda həmçinin gələn il Brent tipli neftin orta hesabla 61 dollar, WTI tipli neftin isə orta hesabla 57 dollar səviyyəsində olacağı bildirilib.