Amerika Senatı ABŞ prezidenti Donald Trumpın FED sədrinin müavini üçün seçdiyi Randal Quarlesin namizədliyini təsdiqləyib.
İlk təyinat Senatda 32-ə qarşı 65 səslə qəbul edilib.
Həm ata, həm də oğul Bush`un prezidentliyi dövründə ABŞ Xəzinə Nazirliyində yüksək vəzifələrdə işləyən Randal Quarles, yeni vəzifəsində FED-in banklar və maliyyə qurumlarına yönəlik işləri həyata keçirəcək.