Mayın 31-də Energetika naziri Natiq Əliyev Amerika Birləşmiş Ştatları dövlət katibinin köməkçisinin enerji diplomatiyası üzrə müavini xanım Robin Danniqanı ilə görüşdə Azərbaycanda Neft-Qaz Emalı və Neft-Kimya Kompleksi (NQENKK) və Heydər Əliyev adına NEZ-in yenidən qurulması layihələrində ABŞ şirkətlərinin iştirakının vacibliyi müzakirə edilib. ABŞ dövlət katibinin köməkçisinin enerji diplomatiyası üzrə müavini həmçinin Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv dövlətlərin Vyana görüşü və neft bazarının inkişaf tendensiyaları ilə maraqlanıb.
Qeyd edək ki, toplantıda Azərbaycan-ABŞ enerji əməkdaşlığının digər istiqamətləri üzrə də müzakirələr aparılıb.