Yayın belə tez gəlməsi planlarınızı dəyişdi? AccessBank-ın yeni kredit kampaniyası yayınıza rəng qatacaq.
BBN.az xəbər verir ki, iyunun 1-dən başlayan “5-dən 5” adlı yeni kredit kampaniyası nağd pul kreditlərinə şamil olunur və iyunun 30-dək davam edəcək.
Belə ki, müştərilərin istəyinə əsasən kampaniya çərçivəsində verilən kreditlər üzrə 5 ayadək GÜZƏŞT MÜDDƏTİ təyin oluna bilər. Bundan başqa, güzəşt müddətində faiz dərəcəsi kreditin illik faiz dərəcəsindən 5% aşağı müəyyən edilir.
Həmçinin, güzəşt müddəti kredit müddətinin istənilən dövrünə tətbiq edilə bilər.
Bu şərtlərlə heç bir planınızı təxirə salmağa ehtiyac qalmayacaq!