Ləğv prosesində olan QSC “Bank Standard” KB-də fiziki şəxslərin ümumi əmanətlərin məbləği 596 milyon 499 min manat olmaqla onlardan 554 milyon 593 min manatı qorunan əmanətlər, o cümlədən 441 milyon 154 min manatı kompensasiya olunan əmanətlərdir. 27 sentyabr 2017-ci il tarixə Əmanətlərin Sığortalanması Fondu tərəfindən qorunan əmanətçilərə ümumilikdə 437 milyon 741 min manatdan artıq kompensasiya ödənilib və 3 milyon 413 min manat ödənilməmiş kompensasiya öhdəliyi qalıb.
Ləğv prosesində olan “Yunayted Kredit Bank” ASC-də fiziki şəxslərin ümumi əmanətlərin məbləği 3 milyon 550 min manat olmaqla onlardan 3 milyon 230 min manatı qorunan əmanətlər, o cümlədən 2 milyon 99 min manatı kompensasiya olunan əmanətlərdir. 27 sentyabr 2017-ci il tarixə Əmanətlərin Sığortalanması Fondu tərəfindən qorunan əmanətçilərə ümumilikdə 1 milyon 837 min manatdan artıq kompensasiya ödənilib və 262 min 485 manat ödənilməmiş kompensasiya öhdəliyi qalıb.
Ləğv prosesində olan “Bank of Azerbaijan” ASC-nin qorunan əmanətçilərinə 24 milyon 191 min, “Gəncəbank” ASC-nin qorunan əmanətçilərinə 976 min 441 manat, “Texnikabank” ASC-nin qorunan əmanətçilərinə 120 milyon 408 min manatdan artıq, “Parabank” ASC-nin qorunan əmanətçilərinə 43 milyon 222 min manatdan artıq, “Zaminbank” ASC-nin qorunan əmanətçilərinə 72 milyon 196 min manatdan artıq, “Kredobank” ASC-nin qorunan əmanətçilərinə 27 milyon 914 min manatdan artıq, “Dekabank” ASC-nin qorunan əmanətçilərinə 3 milyon 88 min manatdan artıq, “Atrabank” ASC-nin qorunan əmanətçilərinə 14 milyon 352 min manatdan artıq, “Qafqaz İnkişaf Bankı” ASC-nin qorunan əmanətçilərinə 2 milyon 4 min manatdan artıq kompensasiya ödənilib.
Qeyd edək ki, ümumilikdə Fond tərəfindən 11 bank üzrə 747 milyon 933 min manatdan artıq kompensasiya ödənilib.