Azərbaycan Mərkəzi Bankı (AMB) kotirovka sorğusu elan edir. Bu barədə Mərkəzi Bankın saytında məlumat verilib. Məlumata əsasən, kotirovka sorğusu Mərkəzi Banka məxsus torpaq və tikililərin mühafizəsinin təşkil edilməsi ilə bağlı keçirilir. Sorğuda iştirak haqqı 20 manat təşkil edir.
Kotirovka sorğusu üzrə əsas şərtlər toplusunu iştirak haqqının ödənilməsini təsdiq edən sənədi təqdim edilməklə əlaqələndirici şəxsdən əldə etmək olar.
Qeyd edək ki, kotirovka sorğusu üzrə möhürlənmiş və imzalanmış təklif zərfləri 31 yanvar 2018-ci il saat 17.00-dək əlaqələndirici şəxs tərəfindən qəbul ediləcək və 01 fevral 2018-ci il saat 10.00-da Mərkəzi Bankın Bakı şəhəri R.Behbudov küç. 90 ünvanında yerləşən inzibati binasında açılacaq.