20 dekabr 2017-ci il tarixində Bakı Fond Birjasında (BFB) Azərbaycan Respublikasının Mərkəzi Bankının (AMB) qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.
Hərrac zamanı sifarişlərin toplanması BFB-nin ticarət reqlamentinə uyğun olaraq saat 11:00-dan 12:30-dək təşkil olunacaq. Notların buraxılış parametrləri barədə məlumat cədvəldə verilib:
Dövlət qeydiyyat №-si | 50100366S |
Hərraca çıxarılan həcm | 200 000 000 AZN |
Notun nominal dəyəri | 100 АZN |
Notların tədavül müddəti | 28 gün |
Ödəmə tarixi | 17.01.2018 |
Hər bir bank tərəfindən təqdim edilən sifarişlərin ümumi sayı 2-dən (1 rəqabətli və 1 qeyri-rəqabətli) artıq olmamalıdır.