AMB-nin notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

4 yanvar 2018-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (AMB) 50100167S dövlət qeydiyyat nömrəli, 250 mln manat həcmində, 27 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

Hərrac zamanı 7 investor tərəfindən qiymət intervalı  98.8882 AZN (14.99%) və 98.9984 AZN (13.48%) olan 9 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 80,062,300 AZN olub.

AMB-nin qərarına əsasən istiqrazların kəsmə qiyməti 98.8882 AZN (14.99%), orta ölçülmüş qiyməti 98.9222 AZN (14.52%) müəyyən edilib. Hərrac nəticəsində istiqrazların yerləşdirilmiş həcmi 80,062,300 AZN təşkil edib.

Qeyd edək ki, notların ödəmə tarixi 31.01.2018-dir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır