21 iyun 2017-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının 50100257S saylı dövlət qeydiyyatından keçmiş ümumi həcmi – 150 000 000 manat, bir notun nominal dəyəri – 100 manat, tədavül müddəti – 28 gün olan qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
Hərrac zamanı 8 investor tərəfindən 10 sifariş təqdim olunub. Sifarişlərin nominal üzrə ümumi məbləği 171,922,400.00 AZN təşkil edib.
Sifarişlər 98.9609 AZN (13.50%) və 99.0749 AZN (12.01%)qiymətində təqdim edilib.
Notların rəqabətli sifarişlər üzrə kəsmə qiyməti – 98.9609 AZN (13.50%), orta ölçülmüş qiyməti – 99.0459 AZN (12.38%), səviyyəsində Mərkəzi Bank tərəfindən müəyyən edilib.
Bağlanılmış əqdlər üzrə hesablaşmalar 21.06.2017 tarixində həyata keçirilib.
Notların nominal üzrə reallaşdırılmış həcmi 150,000,000.00 AZN manat məbləğində müəyyən edilib.
Notların ödəmə tarixi 19.07.2017-ci ildir.