Azərbaycan Respublikasının Mərkəzi Bankı (AMB) xəzinə infrastrukturunda və pul nişanlarının emalı sahəsində istifadə olunan çeşidləyici və qablaşdırıcı sistemlərin istismarını və informasiya sistemlərinin fəaliyyətini təmin etmək üçün mal-materialların satın alınması üzrə açıq tender elan edir.
Tender proseduru 13 aprel 2018-ci il saat 15.00-da Azərbaycan Respublikası Mərkəzi Bankının inzibati binasında (Bakı şəhəri, R.Behbudov küçəsi 90) keçiriləcək.
İddiaçı tender təklifini və tender təklifinin bank təminatını 12 aprel 2018-ci il saat 18.00-ə qədər ikiqat zərfdə möhürlənmiş, imzalanmış, digər tələb olunan sənədləri isə ən geci 2 aprel 2018-ci il saat 18.00-ə qədərbağlı zərfdə möhürlənmiş, imzalanmış formada Mərkəzi Bankın Bakı şəhəri, R.Behbudov küçəsi 90 ünvanda yerləşən inzibati binasında əlaqələndirici şəxsə təqdim etməlidir. Göstərilən vaxtdan gec təqdim olunmuş zərf və sənədlər açılmadan geri qaytarılacaq və iddiaçı tenderə buraxılmayacaq.
Qeyd edək ki, iddiaçılar tenderdə iştirak haqqı kimi AMB-nin hesabına 100 (bir yüz) manat məbləğində vəsait köçürməlidir. Tenderdə iştirak haqqında ətraflı məlumatı keçiddən əldə edə bilərsiniz.