ARDNF-in aktivləri 8% artıb

2018-ci il yanvarın 1-ə Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) aktivləri 35 806,5 milyon ABŞ dollarına bərabər olub.

BBN.az xəbər verir ki, bu göstərici 2017-ci ilin əvvəlinə (33 147,0 milyon ABŞ dolları) nisbətən 8,02% artıb.

Qeyd edək ki, aktivlərin artımı Fondun büdcə gəlirləri, o cümlədən vəsaitlərin idarə edilməsindən əldə edilən gəlirləri və investisiya portfelinin tərkib valyutalarının məzənnə dəyişkənliyi fərqi hesabına olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır