“AtaBank” ASC daha bir uğurlu layihəsini təqdim edib. Bank bu dəfə sosial yönümlü layihə həyata keçirib. 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə baş tutan tədbir “SOS uşaq kəndləri” təşkilatının sakinlərinə böyük sevinc bəxş edib.
Belə ki, “AtaBank” Bakı Futbol Liqasında maliyyə sektorunu layiqincə təmsil edir. Dekabrın 24-də, Azərbaycan Prezidenti İlham Əliyevin doğum gününə təsadüf edən matçda isə “AtaBank” daha bir layihə həyata keçirib. Bankın nümayəndələri oyun öncəsi “SOS uşaq kəndləri” təşkilatını ziyarət edib bir neçə yeniyetməni “Kristal R&R”la olan görüşə də dəvət edib. Həmin uşaqlar komanda və rəqiblə birgə “Uşaqlar bizim gələcəyimizdir” şüarı ilə meydana daxil olublar, oyuna da baxıb, xüsusi hədiyyələrlə mükafatlandırılıblar. Bu dəstək oyunu izləyən azarkeşlər tərəfindən də böyük rəğbət və alqışlarla qarşılanıb.