Avropa İttifaqında işsizlərin sayı 20 milyonu keçib

Avropa Statistika Komitəsinin açıqladığı məlumata əsasən, sentyabr ayında Avrozonada işsizlik səviyyəsi  10%, işsizlərin sayı isə 16 milyon 181 min nəfər qeydə alınıb.  Bu ayda işsizlik Avrozona ölkələrinin bəzilərində xüsusilə, Belçika , İrlandiya və Fransada azalsada, İtaliya , Avstriya, və Lüksemburq kimi ölkələrdə artıb.

Qeyd edək ki, sentyabr ayı ərzində Avropa İttifaqında  işsizlik səviyyəsi 8,5%, işsizlərin sayı isə 20 milyon 789 min olub. Bu ölkələr arasında Çexiya 4% ilə ən aşağı işsizlik səviyyəsinə sahib ölkə kimi göstərilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır