Avrozonada iqtsadi inam göstəricisi azalıb

Avropa Komissiyasının  Biznes və İstehlakçı Araşdırmalarının nəticələrinə görə, Avrozonada fevral ayında 114,6 olan iqtisadi inam göstəricisi martda 112,6 səviyyəsinə enib.

BBN.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, indeks bu dövrdə 1,6 bazis bəndi azalaraq 113,3 səviyyəsindəki proqnozlardan aşağı səviyyədə reallaşıb.

Avrozonada sənaye etibarı mart ayında 8 -dən 6,4 -ə,  16,5 olması proqnozlaşdırılan xidmət sektorunun iqtisadi inam indeksi isə 16,3 səviyyəsinə geriləyib. Fevral ayında 0,1 olan istehlakçı inam indeksi mart ayında sabit qalıb.

Qeyd edək ki, Avrozonanın iqtisadi inam indeksi, ən böyük Almaniyanın ən böyük regional iqtisadiyyatlarında 2,4 % geriləyib. İndeks İtaliyada 1,8, İspaniyada 1,2 , Hollandiyada 0,5, Fransada isə 0,4 bazis bəndi azalıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır