“AXA” dünyanın 1 №-li sığorta brendi seçilib

Ardıcıl olaraq 9-cu ildir ki, AXA sığorta brendi kimi +5% brend dəyərinin artımını nümayiş etdirərək dünya üzrə birinci yerə layiq görülür.

Interbrand Beynəlxalq reytinq agentliyi ardıcıl olaraq 9-cu ildir ki, sığorta sahəsində AXA brendinin gücünü və lider mövqeyini təsdiq edir. Ümumilikdə, AXA Ən Yaxşı Qlobal Brendlər reytinqində dörd pillə qalxaraq 42-ci yerə (2016-cı ildə 46-ci yerdə idi) və maliyyə sektoru üzrə reytinqində 3-cü yerə sahib olub. Brendin dəyəri 5% artaraq 11 milyard ABŞ dollarına çatıb.

AXA Qrup (Fransa) – sığorta və aktivlərin idarə edilməsi üzrə dünya lideridir. 166 000-dən artıq əməkdaş hər gün dünyanın 64 ölkəsində 103 milyon müştəriyə xidmət göstərir. 2016 ildə AXA Qrupunun gəliri 100 milyard Avro təşkil edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır