AYİB-in “Azərbaycan Beynəlxalq Bankı”nın səhmdarı olması ilə bağlı danışıqlar gedir

Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) prezidenti Suma Chakrabarti Azərbaycanla bağlı planını açıqlayıb.

S.Chakrabartinin sözlərinə görə, AYİB Azərbaycanın bank sektoruna kömək etməyə hazırdır.

Ötən həftə Azərbaycana səfər edən AYİB prezidenti bildirib ki, o Azərbaycan Respublikası Prezidenti İlham Əliyevlə danışıb və kömək etməkdən şad olacaqlarını vurğulayıb.

“Ölkənin ən iri bankı olan Azərbaycan Beynəlxalq Bankı 3.3 milyard dollar borcun restrukturizasiyasını aparır.”-deyə S.Chakrabarti bildirib.

O əlavə edib ki, AYİB Azərbaycan Beynəlxalq Bankında səhmdar olmaq üçün ABB-də restrukturizasiya dəyişikliklərini görməlidir. AYİB hesab edir ki, “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin səhmdarı olması üçün Bankda “korporativ idarəetmə islahatı” olmalıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır