Azərbaycan-Belarus işgüzar görüşü keçiriləcək

7 dekabr 2017-ci il tarixində Belarus Respublikasının Qrodno şəhərinin iş adamlarından ibarət nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində İqtisadiyyat Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Bakıda Azərbaycan-Belarus İşgüzar Görüşü keçiriləcək.

Belə ki, Belarus nümayəndə heyətinə Qrodno şəhərinin icra komitəsinin sədri Meçislav Qoy rəhbərlik edəcək.

Qeyd edək ki, tədbirə iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən 7 Belarus şirkətinin qatılacağı gözlənilir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır