“Azərbaycan Beynəlxalq Bankı” 20,18%-lə nağd kredit kampaniyaya start verib

31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə “Azərbaycan Beynəlxalq Bankı” yeni kampaniyaya start verib.

13 dekabr tarixindən 29 dekabr tarixinə qədər davam edəcək kampaniya çərçivəsində “Azərbaycan Beynəlxalq Bankı”nın əməkhaqqı və pensiya kartına sahib hər bir müştəri 12 aylıq nağd pul kreditini bankdan cəmi 20,18% illik faiz dərəcəsi ilə ala bilər. Bundan əlavə, kampaniya zamanı müştərilər Bankın təklif etdiyi 24 və 36 aylıq kreditlərin illik faiz dərəcəsində 3% endirim əldə edə bilərlər.

Kampaniyanın özəllikləri kreditin məbləğinin 15.000 manatadək, kreditin müddətinin 36 ayadək, illik faiz dərəcəsinin 20,18%-dən başlayaraq və kredit 5000 manata qədər olduqda zaminsiz olmasıdır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır