Noyabrın 16-da Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinin Sahibkarlığın və İstehlak Bazarının İnkişafı Komitəsinin sədri Elgiz Kaçayevin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana səfər edib.
İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Azərbaycan-Rusiya əlaqələrinin strateji əməkdaşlıq səviyyəsində olduğunu, ölkəmizin Rusiya ilə əməkdaşlığa böyük önəm verdiyini qeyd edib. Azərbaycan iqtisadiyyatı və ölkəmizdə həyata keçirilən uğurlu layihələr barədə məlumat verən nazir müavini bildirib ki, Azərbaycanın ilk ticarət nümayəndəliyi məhz Rusiya Federasiyasında yaradılıb. 2017-ci ilin 9 ayı ərzində ölkələrimiz arasında ticarət əlaqələri ötən ilin müvafiq dövrünə nisbətən 6,5% artıb, Azərbaycanda Rusiya kapitallı 700-ə yaxın şirkət fəaliyyət göstərir. Son 5 il ərzində Azərbaycan və Rusiya arasında 50-ə yaxın biznes forum və işgüzar görüşlərin keçirildiyini vurğulayan nazir müavini hazırkı işgüzar görüşün iqtisadi əlaqələrin genişləndirilməsində əhəmiyyətini vurğulayıb.