Azərbaycan Turizm Assosiasiyası və MUİSZ arasında əməkdaşlıq Memorandumu imzalanacaq

Azərbaycan Turizm Assosiasiyası (AzTa) və Macarıstan Turizm Operatorları Assosiasiyası (MUISZ) əməkdaşlıq haqqında Memorandum imzalayacaqlar.

Bu barədə razılıq Azərbaycan Turizm Assosiasiyasının ofisində keçirilən Azərbaycan-Macarıstan dostluq qrupunun üzvləri ilə keçirilən görüş çərçivəsində əldə olunub.

Görüş zamanı turizm sahəsində ikitərəfli əməkdaşlığın inkişafı perspektivləri müzakirə olundu. Tərəflər həmçinin aprel ayında AZTA  üzvləri üçün infoturun təşkil edilməsi barədə qərara gəliblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır