“Azərbaycanda əmək və sosial müdafiə sahəsində fəal islahatlar aparılır”

Beynəlxalq Əmək Təşkilatının (BƏT) üzv dövlətlərinin hökumət nümayəndələri və sosial tərəfdaşlarının iştirakı ilə Beynəlxalq Əmək Konfransının İsveçrənin Cenevrə şəhərində   106-cı sessiyası keçirilib. Konfransda  Azərbaycan nümayəndə heyətinin rəhbəri,  əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov sessiyanın işini işıqlandıran, BƏT-in Şərqi Avropa və Mərkəzi Asiya ölkələri üzrə Bürosunun ictimaiyyətlə əlaqələr üzrə müşaviri Olqa Boqdanovaya müsahibə verib.

S.Müslümov BMT-nin radiosuna müsahibəsində  ölkəmizdə əmək və sosial müdafiə sahələrində sistem xarakterli islahatların aparılması məqsədilə fəal islahatların aparıldığını vurğulayıb və bu islahatların başlıca istiqamətlərini diqqətə çatdırıb. Nazir respublikada demoqrafik sahədə inkişaf meylləri, əmək bazarının tənzimlənməsinə yönələn islahatlar, iqtisadi şaxələndirmənin təmin edilməsi yönündə aparılan işlər, əldə olunan uğurlar  barədə   məlumat verib

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır