Azərbaycanda sabit genişzolaqlı şəbəkədən istifadə səviyyəsi 55% təşkil edir

Azərbaycanda sabit genişzolaqlı şəbəkənin mövcud vəziyyəti Azərbaycanda sabit genişzolaqlı şəbəkədən istifadə səviyyəsi 55 faiz təşkil edir ki, bu da region ölkələri ilə müqayisədə yüksəkdir və qismən Bakı ətrafında qurulmuş səmərəli telekommunikasiya infrastrukturu ilə bağlıdır.

Bununla belə, hər bir istifadəçinin orta qoşulma sürəti aşağı səviyyədədir və bu, X-DSL texnologiyasına əsaslanan nisbətən köhnə şəbəkə ilə əlaqədardır. Sabit genişzolaqlı şəbəkədən istifadə ölkənin regionları üzrə fərqlənir. Belə ki, Bakıda ev təsərrüfatlarının 74 faizi sabit genişzolaqlı şəbəkəyə malik olduğu halda regionlarda bu göstərici 34 faizi təşkil edir.

Qeyd edək ki, bu barədə “Telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi”ndə bildirilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır