SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi tərəfindən cari ilin noyabr ayı ərzində Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən “ASAN Xidmət” və “ASAN Kommunal” mərkəzlərində istehlakçılardan daxil olan müraciətlər əsasında smart tipli sayğaclar ilə təchiz olunmuş istehlakçılara müvafiq xidmətlərin göstərilməsini, müraciətlərdən asılı olaraq şöbələrdən tələb olunan məlumatların əldə olunmasını və bu məlumatlar əsasında istehlakçılara xidmətlərin göstərilməsini təmin edib.
Belə ki, 2017-ci ilin noyabr ayı ərzində Bakı şəhəri üzrə 1 və 2 saylı “ASAN Kommunal” mərkəzlərinə, eləcə də 4 və 5 saylı “ASAN Xidmət” mərkəzlərinə, həmçinin, Bərdə, Sabirabad, Masallı, Qəbələ rayonlarında və Gəncə şəhərində yerləşən “ASAN Xidmət” mərkəzlərinə ümumilikdə 25600 müraciət daxil olub və bu müraciətlərin icrası tam təmin olunub.