“Azərsu” ASC-nin daxili vəsaiti hesabına “Nəqliyyat və xüsusi texnika vasitələrinin” satınalınması üçün olan 2 lot üzrə açıq tenderdə (lot-1 işlənmiş nəqliyyat və xüsusi texnika vasitələri, lot-2 nəqliyyat və xüsusi texnika vasitələri) təkliflərin qəbulu vaxtı uzadılaraq 14 sentyabr 2017-ci ilə, zərflərin açılışı tarixi isə 15 sentyabr 2017-ci il saat 16.00-a təyin edilib. BBN.az “Xalq qəzeti”nə istinadən xəbər verir ki, təkliflərin vaxtının uzadılması iddiaçıların sayının 3-dən az olması ilə əlaqədardır.
Qeyd edək ki, bununla bağlı iddiaçılar satınalmaların təşkili və idarə olunması departamentinin tenderlərin təşkili şöbəsinə müraciət edə bilərlər.