13 yanvar tarixində “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin inzibati binasında İdarə Heyətinin sədri Zakir İbrahimovun sədrliyi ilə ilin yekunlarına həsr olunan iclas keçirilib.
Belə ki, tədbirdə Cəmiyyətin idarə və işçi heyəti, həmçinin Çovdar Filiz Emalı Sahəsində çalışan əməkdaşlar video bağlantı vasitəsi ilə iştirak ediblər.
İclas zamanı Daşkəsəndə yerləşən Çovdar, Balakəndə yerləşən Filizçay və Mazımçay, Naxçıvan Muxtar Respublikasında yerləşən Göydağ-Əlincə filiz qovşağının Ortakənd sahələrində kəşfiyyat, tədqiqat, tikinti, istismar işlərinin davam etdirilməsi, ölkədə əlvan metal sənayesinin davamlı və dayanıqlı inkişafının təmin edilməsi, Cəmiyyətin xərclərinin optimallaşdırılması, planlaşdırılan ixrac əməliyyatlarının yerinə yetirilməsinin zəruriliyi vurğulanıb.
Bununla yanaşı, tədbirdə yeni perspektivli sahələrin aşkar edilməsi, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi, kadr potensialının möhkəmləndirilməsi, layihə və proqramların icrası, həmçinin digər məsələlər ətrafında geniş müzakirələr aparılıb.