“Azerilight” markalı neftin qiyməti ucuzlaşıb.
BBN.az xəbər verir ki, “AzeriLight” markalı neftin 1 barrelinin dəyəri 0.35 dollar və ya 0.44% ucuzlaşaraq 80.34 dollar təşkil edib.
“WTI” markalı neftin 1 barrelinin qiyməti 0.32dollar və ya 0.45% azalaraq 70.80 dollar olub.
“Brent” markalı neftin 1 barrelinin qiyməti isə 0.70 dollar və ya 0.89% ucuzlaşaraq 78.70 dollara çatıb.