BƏƏ-də onlayn rejimdə alınan mallara ƏDV tətbiq ediləcək

Birləşmiş Ərəb Əmirliklərinin vergi idarəsindən bildirilib ki, yerli internet mağazalarından həyata keçirilmişm bütün internet alğı- satqı əməliyyatları əlavə dəyər vergisinə cəlb edilməlidir.

BBN.az “Vergilər” qəzetinə istinadən xəbər verir ki, onlayn rejimdə alınmış mallardan sifariş BƏƏ-nin ərazisində qəbul edildiyi hallarda, ənənəvi mağazalarda olduğu kimi, ƏDV tutulmalıdır.

Hakimiyyət orqanları tərəfindən yayılan məlumatda bildirilib ki, əlavə dəyər vergisi haqqında 2017-ci ildə təsdiqlənmiş federal qanuna və normativ aktlara əsasən onlayn alınan bütün mallardan ƏDV tutulmalıdır.

Qeyd edək ki, bu norma internet satıcılara şamil edilmir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır